Rəqəmsallaşmanın irəliləməsinə baxmayaraq, kağız hələ də əksər evlərdə və ofislərdə mühüm rol oynayır və əvəzolunmazdır. Nə qədər çox kağız çap edilərsə, çap xərcləri bir o qədər əhəmiyyətli olur. Bəs printer qiymətləri haqqında nə qədər məlumatlıyıq?
Bugün biz Azərbaycanda 2024-cü il üçün printer qiymətlərinə baxacağıq. Rəngli, matrisli, 3d və ya laser olmasından asılı olmayaraq, Top printer modellərinə (Epson, Canon, HP) və onların xüsusiyyətlərinə, gəlin bir yerdə nəzər salaq…
Printer Haqqında Məlumat (Printer Nədir?)
Printer nədir və nə üçün istifadə olunur? Prinsipcə, printer bir çıxış cihazıdır. Monitorunuz kimi o, şəkilləri və ya mətni vizual olaraq göstərir. Ancaq elektron displeydə deyil, bir vərəqdə.
Umumilikdə, ən məşhur və ən çox yayılmış printer növləri inkjet printerlər və lazer printerlərdir. Hər ikisi kağız vərəqinə mürəkkəb və ya toner tozunu tətbiq etmək üçün müxtəlif proseslərdən istifadə edir.
Bir çox funksiyanı özündə birləşdirən All-in-one printerlər isə istifadəçilərin işini yüngülləşdirir. Mini printerlər, öz növbəsində, daha az yer tutmaqla hər yerdə istifadəni əl çatan edir.
All-in-One Printer Nədir?
All-in-one printerlər çox funksiyalı printerlər kimi də tanınır. Onlar bir çox funksiyaların bir cihazda birləşdirildiyi alətdir desək, daha doğru olar.
Əks halda, fərqli işlər üçün ayrı-ayrı cihazlar satın almalı ola bilərsiniz. Hamısı bir yerdə printer ilə siz nəinki çap edə, həm də fotokopiya, skan və bəzən, hətta faks da göndərə bilərsiniz.
Qeyd etmək lazımdır ki, bu printerlər həm inkjet, həm də lazer çap texnologiyası ilə mövcuddur.
Printerlərin Növlərinə Qısa Nəzər
Printerlər müxtəlif çap ehtiyaclarını qarşılamaq üçün müxtəlif növlərdə və tiplərdə mövcuddur.
Geniş yayılmış və çox yönlü inkjet və lazer printerlərdən tutmuş, xüsusi modellər olan 3D printerlər və plotterlərə qədər seçimlərin geniş spektri müxtəlif tətbiqlər üçün həllər təklif edir.
Bu printer növləri arasındakı fərqləri anlamaq, istifadəçilərə gündəlik sənəd çapından yüksək dəqiqlikli qrafik istehsalına qədər olan tapşırıqlar üçün ən uyğununu seçməyə kömək edə bilər.
Elə isə, keçək Azərbaycanda istifadəçilər arasında ən populyar printer növlərinə və qiymətlərinə.
1. Lazer printerlər (Qiymətləri) – Ofis və Evdə Çempion
Lazer Printerlər (Laser) əvvəllər yalnız ağ-qara çap üçün istifadə edilsə də, indi bu texnologiya ilə rəngli çap da mümkündür.
Fotoelektrik printer ailəsinə aid olan lazer printerləri çap üçün təsvir barabanını istifadə edir. Bu barabana toz halında toner tətbiq olunur. Toner sonra kağız üzərində çap etmək üçün istifadə edilir.
Lazer printer qiymətləri son illərdə davamlı olaraq aşağı düşüb, buna görə də bu tip printerin xüsusilə yaxşı çap təsviri və yüksək çap keyfiyyəti də evdə getdikcə populyarlaşır.
Onların alış qiymətləri orta qiymət intervalında, çap nəticələri isə daha yüksək keyfiyyət diapazonundadır. İstər ofisdə, istərsə də evdə lazer printerlər istifadəçilər üçün rahatlıq təklif edir.
Çünki, lazer printerlər az miqdarda toner sərf edir və yüksək keyfiyyətli çap materialları verir. Onların giriş qiymətləri 300 – 1000 manat arasında dəyişir.
Siz ən ucuz lazer printerləri Nano’da asanlıqla əldə edə bilərsiniz.
2. Matrisli Printerlər (Qiymətləri 2024)
Matrisli printerlər (Dot matrix printers) bu gün də geniş istifadə olunur.
Matrisli və ya digər adı ilə matris tipli zərbəli printerlər kağız üzərində bütöv hərfləri deyil, iynələrin köməyi ilə ayrı-ayrı nöqtələri çap edirlər, nəticədə optik olaraq yenidən bütöv bir simvol meydana gətirirlər.
Cari ölçmə məlumatları çox vaxt birbaşa kağız üzərində qrafik və əyrilər şəklində çap olunur.
Matrisli Printer qiymətləri ölkəmizdə 250 AZN-dən başlayaraq 3000 AZN-ə kimi dəyişə bilir. Yüksək səviyyəli matris printerlər sənaye müəsisələri tərəfindən istifadə edilir.
3. 3D Printer – Nə üçün istifadə edilir? (Qiymətləri)
3D printerlər, rəqəmsal 3D modelin (tez-tez CAD modeli adlandırılan) məlumatlarını reallığa köçürmək üçün bir vasitə kimi xidmət edir. 3D printer, rəqəmsal dizaynlara əsaslanaraq materialı təbəqə-təbəqə düzəldir.
O, rəqəmsal modelləri fiziki əşyalara çevirir. Bu printerlərdə plastik və ya metal kimi materiallar istifadə olunur. Dizaynlar proqram təminatı tərəfindən incə təbəqələrə bölünür.
Hər bir təbəqə bir-bir çap edilir. İstifadə olunmayan material təkrar istifadə oluna bilər. Yəni, onlar, toz şəklində qalır, çapdan sonra çıxarılır və yenidən istifadə olunur. Bu, prototiplər və xüsusi əşyalar üçün faydalıdır.
Giriş səviyyəli 3D printer qiymətləri 400 AZN-dən başlayır. Lakin bu qiymətlər hətta 50000 dollara qədər çıxa bilir. Adətən bu qiymətlərə olar 3D printerlər professionallar tərəfindən istifadə olunur və yalnız sənaye müəssisələri üçün səciyyəvidir.
4. Şırnaqlı Printerlər (Inkjet Printer) – Qiymətləri
Şırnaqlı printerlər (Inkjet Printer) çap başlığından hava vasitəsilə kiçik mürəkkəb damcılarını çəkərək və ya yönləndirərək səthdə çap olunmuş təsvir yaradır.
Mürəkkəb püskürtməli çap prosesi üçün müxtəlif texnologiyalar mövcuddur ki, onlar işləmə üsuluna görə çox fərqlənirlər. Şırnaqlı printerlər adətən xüsusilə sənaye tətbiqləri üçün istifadə olunur.
Şırnaqlı printerlərin iki tipi mövcuddur:
- Davamlı mürəkkəb püskürtməli – Continuous inkjet (CIJ)
- Tələb üzrə açılan – Drop-on-demand (DOD)
Giriş səviyyəli şırnaqlı printerlərin qiyməti 300 AZN-dən başlayır. Geniş formatlı inkjet printerlərdə isə qiymət 20000 manata qədər çıxa bilir.
Ən Yaxşı Printer İstehsalçıları və Qiymətləri
Top 3 printer markası dedikdə, ilk ağlımıza gələn Canon, HP və Epsondur. Azərbaycanda da bu modellər olduqca populyardır. Kompüter qiymətləri kimi, printer qiymətləri də funksianallıqlarına görə fərqlənə bilir. İndi isə birlikdə bu markaların Azərbaycan bazarında bizə təklif etdiyi printer qiymətlərinə qısa şəkildə nəzər salaq…
Canon Printer Qiymətləri
Canon printerləri keyfiyyətli nəticələri ilə tanınırlar. Onlar evdən başlayaraq, profesionallıq tələb edən mühitlərə qədər müxtəlif ehtiyacları əhatə edən geniş model çeşidləri təklif edirlər. Canon’ın Pixma seriyası, zəngin rəng reproduksiyası və kəskin mətn keyfiyyəti ilə tanınır.
imagePROGRAF seriyası isə grafik dizayn və fotografiya üçün uyğun geniş formatlı printerlər təklif edir.
İstər lazer, istərsə də şırnaqlı (inkjet) Canon printerlər funksiyalarına və istifadə etdiyi texnologiyalara görə fərqli qiymətlərə ola bilər. Bir qayda olaraq, inkjet printerlər daha ucuz printer seqmentine aiddir. Canon printer qiymətləri istifadə imkanlarına görə belədir:
Canon Inkjet Printerlər:
- Qiymət diapazonu: 300 – 1500 AZN
Canon Lazer Printerlər:
- Qiymət diapazonu: 400 – 2500 AZN
HP Printer Qiymətləri
Amerika Birləşmiş Ştatlarına məxsus HP brendi müxtəlif istifadə məqsəsdləri üçün printerlər istehsal edir. Siz, HP (Hewlett Packard) printeri almaq istəyirsiniz, lakin hansı modelin sizin üçün daha yaxşı olduğuna əmin deyilsiniz?
Seçimi asanlaşdırmaq üçün HP öz printerlərini müxtəlif məhsul tiplərinə ayırmışdır. Ev üçün DeskJet, ENVY və Tango printerləri var. Ofis üçün HP OfficeJet və LaserJet, ev ofisi üçün isə Smart Tank Plus var.
HP printer qiymətləri də digər istehsalçılarda olduğu kimi fərqlənir.
HP Inkjet Printerlər:
- Qiymət diapazonu: 200 – 2000 AZN
HP Lazer Printerlər:
- Qiymət diapazonu: 400 – 4000 AZN
Bundan əlavə olaraq, HP müxtəlif funksiyalı printerlər (MFP – Multifunction Printers) də istehsal edir ki, bunların da qiyməti 300 manatdan başlayaraq 3000 manata kimi dəyişir.
Epson Printer Qiymətləri
Yapon mənşəli brend olan Epson printeri alarkən, sizin geniş seçim imkanınız var. Epson çeşidi ofis printerlərindən tutmuş foto printerlərə qədər dəyişir.
Xoşbəxtlikdən, adların arxasında bir məntiq var: Epson Expression ev üçün, Workforce ofis üçün və Ecotank ev və ofis üçün hazırlanmışdır.
Epson printer qiymətləri də istifadəçiləri maraqlandıran əsas suallardan biridir:
Epson Inkjet Printerlər:
- Qiymət diapazonu: 200 – 1500 AZN
Epson Lazer Printerlər:
- Qiymət diapazonu: 350 – 3000+ AZN
Ecotank modelləri daha aşağı istismar xərcləri təklif edən və yüksək həcmli çap üçün uyğun olan doldurula bilən mürəkkəb şüşəsi (plastik qab) ilə gəlir. Bu da istifadəçilər üçün uzunömürlü çap funksiyası deməkdir.
Firma, həm də fotoqraf və qrafik dizaynerlər üçün yüksək keyfiyyətli rəngli printerlər də istehsal edir ki, onların da qiymətləri 1500 – 7000 manat arasında dəyişir.
Hansı Printeri Almaq Daha Məntiqlidir?
Təəssüf ki, bu sualın birbaşa cavabı yoxdur. Bu, əsasən sizin büdcənizdən və istifadə imkanınızdan asılıdır. Əgər siz eviniz üçün printer almağı fikirləşirsinizsə, ən məntiqli seçim All-in-One printerlərdir. Yuxarıda onun izahını vermişik.
Digər tərəfdən siz printeri ofis işləri üçün isitfadə etmək istəyirsinizsə və yüksək həcimli çap ehtiyaclarınızın qarşılanmağını gözləyirsinizsə, bu zaman lazer printerlər daha ağıla batandır.
Nano Azərbaycanda geniş çeşiddə printer satışını həyata keçirir. Bunun üçün sadəcə istədiyiniz cihazı səbətə atmaq kifayətdir.