Bəlkə də siz də özünüzə bəzən bu sualları verirsiniz: Modem vs. Router arasındakı fərq nədir? Bu cihazları bir-birindən necə ayırmaq olar? İnternet dünyasında itməmişdən əvvəl bu iki cihaz arasındakı fərqi bilmək vacibdir. 

Xüsusilə Azərbaycanda bu iki söz səhvən bir cihazı vurğulamaq üçün işlədilir; bu adətən interneti paylayan cihaz kimi başa düşülür. Vaxt itirmədən, gəlin modem və router’in əslində nə olduğuna baxaq…

Modem Nədir? Nə Üçün İstifadə Olunur?

(Modulyator-demodulyator) Modem nədir? O, internet dünyasına qapını açan kiçik, lakin güclü cihazdır. Modem ev və ya ofis şəbəkənizi internet provayderinə qoşmaq üçün istifadə edilir. 

Yəni bu kiçik cihaz, evinizlə internet arasındakı körpüdür. O, internet servis provayderinizdən (ISP) rəqəmsal məlumatları cihazlarınızın başa düşə biləcəyi formata və əksinə tərcümə edir. Bir sözlə, modem rəqəmsal məlumatları çevirir və cihazlarınıza internetə çıxış imkanı verir. 

İstər videoya baxmaq, istərsə də e-poçt göndərmək istəsəniz, modem olmadan bütün bu vəzifələri yerinə yetirmək, bir qayda olaraq, mümkün deyil. 

Xüsusilə Azərbaycanda bu modem və router sözlərinin hər ikisi səhvən bir cihazı vurğulamaq üçün işlədilir; bu adətən interneti paylayan cihaz kimi başa düşülür.

Hansı Modem Növləri Var?

Hər bir modem növü müxtəlif qoşulma ehtiyaclarına cavab verir. Hər ev və ofis üçün uyğun modem növü var. Bu müxtəliflik istənilən yerdən internetə çıxışı asanlaşdırır. 

Modemlərin təyinatına görə bir sıra növləri var; məs. Wi-Fi modem, 4 və ya 5G dəstəkli cellular modemlər, ADSL və VDSL modemlər, Dial-Up, Fiber optik və s.

Wi-Fi Modem

Bu modemlər, internetə qoşulma və simsiz şəbəkə paylanmasını təmin edən modem və Wi-Fi routing funksionallığını birləşdirir.

O, adətən 802.11ac (Wi-Fi 5) və ya 802.11ax (Wi-Fi 6) kimi Wi-Fi standartlarını dəstəkləyir. Sürəti Wi-Fi standartından asılı olaraq dəyişir, misal üçün Wi-Fi 6 9,6 Gbps-ə qədər sürət təklif edir.

Dial-Up’ı çıxmaq şərtilə, aşağıdakı modem növləri Wi-Fi Router funksiyasına sahib ola bilərlər…

ADSL Modem

ADSL modemlər səs və məlumat (data) siqnallarını ayıraraq ənənəvi telefon xətləri üzərindən ADSL (Asymmetric Digital Subscriber Line) xidmətinə qoşulur.

Əlavə olaraq, onlar, telefon xəttini səs və məlumat görə ayrı-ayrı kanallara bölmək üçün tezlik bölgüsü multipleksiyasından istifadə edir.

Endirmə (download) sürəti 24 Mbps-ə qədər, yükləmə (upload) sürəti 1 Mbps-ə qədər (ADSL2+) olur. Mərkəzi internet paylayıcı ofisdən təxminən 5 kilometrə qədər ADSL modemlər təsirli olur. Daha uzun məsafələrdə isə, performansı aşağı düşür.

Son olaraq, DSL modem’lər (ADSL/VDSL) fiber və mobil şəbəkə (cellular) modemlərilə müqayisədə daha yüksək gecikmə nəticələri verir.

Fiber Optik Modem

Bu modemlər fiber optik şəbəkədən gələn siqnalları cihazlar üçün elektron siqnallara çevirir. Fiber optik kabellər vasitəsilə ötürülən lazer və ya LED işığından istifadə edir.

Adətən 1 Gbps-dən çox sürətə malik fiber optik modemlər, multi-gigabit potensialına da  sahibdir. Fiber vasitəsilə işığın transmissiyası isə, çox aşağı gecikmə (latency) deməkdir.

Cellular Modemlər (Mobil Şəbəkə Modemləri)

Cellular modem’lər mobil şəbəkəyə qoşulmağa imkan verən və internetə çıxışı təmin edən cihazdır. Bu modemlər SİM kart slotuna sahib olur və slot cellular modem modelindən asılı olaraq, standart, mikro və nano SIM arasında dəyişir. Onların 3G/4G/5G kimi bir neçə növü var:

  • 3G Modem: UMTS (Universal Mobile Telecommunications System) və CDMA2000 kimi 3G mobil şəbəkələrindən istifadə edən bu modemlər 2 Mbps-ə qədər endirmə sürətini və 384 kbps-ə qədər yükləmə sürətini dəstəkləyir.
  • 4G Modem: OFDMA (Orthogonal Frequency-Division Multiple Access) və MIMO (Multiple Input Multiple Output) kimi texnologiyalardan istifadə edərək, 4G LTE (Long Term Evolution) şəbəkələrinə qoşulur.

100 Mbit/s-ə qədər endirmə sürəti, 50 Mbit/s-ə qədər yükləmə sürəti verə bilən 4G modemlər 30-50 millisaniyə arasında gecikməyə sahibdir.

  • 5G Modem: Millimetr dalğaları (mmWave), 6 GHz-dən aşağı tezliklər və Massive MIMO kimi qabaqcıl texnologiyalardan istifadə edərək 5G mobil şəbəkələrindən istifadə edir.

Son dərəcə yüksək məlumat ötürmə sürətinə sahib 5G modemlər 10 millisaniyədən aşağı gecikməyə sahibdir ki, bu, onu real vaxt tətbiqləri üçün ideal edir.

Ümumilikdə cellular modemlər portativ olduğu üçün Azərbaycanda olduqca populyardır. Məsələn, mobil operatorlardan Azercell 4G MiFi modemini istifadəçilərin xidmətinə verib.

Dial-Up modem

Bu modemlər ənənəvi telefon xətlərindən istifadə edərək internetə qoşulur, rəqəmsal məlumatları analoq siqnallara və əksinə çevirir.

Maksimum 56 kbps sürətə malik Dial-Up modemlər səs səviyyəli telefon xətləri üzərindən məlumat ötürmək üçün tezlik modulyasiyasından istifadə edir. Günümüzdə demək olar ki, istifadə edilmir.

VDSL modem

VDSL modemlər telefon xətləri üzərindən VDSL (Very-high-bit-rate Digital Subscriber Line) xidmətlərinə qoşulur, ADSL-dən daha yüksək sürət təmin edir.

Qarşılıqlı əlaqə və müdaxiləni azaltmaq üçün vektorlama funksiyası istifadə edən VDSL modemlərin endirmə sürəti 100 Mbit/s, yükləmə sürəti 50 Mbit/s-ə qədərdir.

Modem növləri haqqında məlumat bizcə yetərlidir. Elə isə, keçək router nədir sualına…

Router nədir?

Router nədir sualına gəldikdə isə, o, evdəki və ya ofisdəki cihazları internetə birləşdirən mərkəzi cihazdır. Router modemdən internet siqnalını alır və onu digər cihazlara paylayır. Telefonların, planşetlərin və kompüterlərin internetə qoşula bilməsi üçün simsiz şəbəkələr yaradır. 

Routerlər cihazlar arasındakı məlumat paketlərini yerli şəbəkəyə (LAN) və internetə (WAN) yönləndirirlər. Onlar bir sıra protokollardan istifadə edirlər; məsələn, OSPF (Open Shortest Path First), BGP (Border Gateway Protocol), RIP (Routing Information Protocol) kimi protokollardan.

Router’lərin də bir neçə növü var…

Routerlərin Növləri

Növ baxımından router’ləri Wired, Wirelss, Virtual və s. ayırmaq olar. Onlara qısa şəkildə baxaq…

Simli router’lər (Wired routers)

Simli, yəni wired router’lər ethernet kabellərindən istifadə edərək cihazları birləşdirir. Əsasən ofislər və məlumat mərkəzləri kimi yüksək sürətin vacib olduğu mühitlərdə istifadə olunur.

Simsiz Router’lər (Wireless Routers)

Wireless Router’lər simli bağlantılarla birlikdə Wi-Fi bağlantısını təmin edir. Simsiz router’lər müxtəlif Wi-Fi standartlarını (məsələn, 802.11ac, 802.11ax) dəstəkləyir.

Virtual Router’lər

Onlar, virtuallaşdırma vasitəsilə routing imkanlarını təmin edən proqram əsaslı router’lərdir. Virtual router’lər genişlənə bilən marşrutlaşdırmanı təmin etmək üçün bulud mühitlərində (cloud environments) və məlumat mərkəzlərində istifadə olunur.

İndi isə, gəlin, modem və router arasındakı fərqə baxaq…

Modem vs. Router – Fərqləri nələrdir?

Modem və Router: Bu iki cihaz tez-tez qarışdırılır, lakin onların fərqli vəzifələri var. Modem internet provayderindən gələn siqnalı evinizə gətirir. 

Router bu siqnalı qəbul edir və onu evdəki cihazlara paylayır. Modem birbaşa internetə qoşulduqda, router şəbəkəni genişləndirir və simsiz (wireless) əlaqəni təmin edir. Modemlə router’in müqayisəsində modem internetə giriş qapısıdır, router isə cihazlar arasında əlaqə yaradır. 

Birlikdə işləyərək, onlar problemsiz və sürətli internet təcrübəsi təmin edirlər. 

Modem və Router Combo’ları

Bütün modem növləri router kimi fəaliyyət göstərmir. Lakin müasir qurğular həm modemin, həm də router’in funksiyalarını özündə birləşdirir. Bu qurğulara Modem-Router Combo’ları deyilir.

Belə combo’lar DSL, Cellular, Fiber və Kabel (Cable) Modem-Router’ləri ola bilər. TP-LİNK TD-W9970 modeli bu iki funksiyanı, yəni Modem-Router Combo’sunu özündə birləşdirən etibarlı qurğudur.

Son olaraq, ümid edrik ki, modem vs. router müqayisəsini sizə sadə şəkildə izah edə bildik…