İsveçrə mərkəzli Logitech markası dünyanın aparıcı mouse istehsalçılarından biridir. Geniş məhsul kataloqu və çeşidi olan Logitech, oyun üçün mouse axtaran istifadəçilərə ən müasir texnologiya təklif edir. Sizin üçün onlarla Logitech gaming mouse sınaqdan keçirdik və 6 ən yaxşı Logitech gaming mouse’ı sizlər üçün kateqoriyalaşdırdıq. 

G seriyasına daxil olan G102, G305 və G Pro X Superlight kimi Logitech gaming mouse’lara və onların 2024-cü il üçün qiymətlərinə gəlin bir yerdə nəzər salaq…

Logitech Gaming Mouse Növləri

Logitech Gaming Mouse növləri oyun dünyasında fərq yaradır. Logitech G102 performansı ilə diqqət çəkir. Logitech G305 wireless funksiyası axtaranlar üçün ideal seçimdir. 

Xəfifliyi və sürəti ilə seçilən Logitech G Pro X Superlight isə peşəkar oyunçuların sevimlisidir. Hər bir Logitech gaming mouse müxtəlif ehtiyaclara cavab verir və oyun həzzini artırır. Istər simli, istərsə də simsiz gaming mouse olsun Logitech öz G seriyası ilə hər istifadəçinin istəyini nəzərə alıb.

Ən yaxşı Logitech gaming mouse’ların detallarına baxaq…

Logitech G102 LIGHTSYNC – Minimalist və Eleqant Dizayn

Minimalist və şıq dizaynı ilə Logitech G102 LIGHTSYNC, performansı və fərdiləşdirilə bilən xüsusiyyətləri ilə tanınan gaming mouse’dır. 6 proqramlaşdırıla bilən düyməyə sahib Logitech G102 LIGHTSYNC 10 milyon klikə qədər davamlılığı ilə oyunçuların rəğbətini qazanır.

G102’nin texniki detallarına baxaq:

  • Sensor: Logitech Mercury Sensor
  • Çözünürlük (Resolution): 200 – 8000 DPI (Dots Per Inch)
  • Maksimum sürətlənmə: > 25G
  • Maksimum sürət: > 200 IPS
  • USB data formatı (UDF): 16 bit/ox
  • USB hesabat tezliyi (URF): 1ms (1000 Hz)
  • Mikroprosessor: 32-bit ARM

116,6 mm hündürlüyü, 62,15 mm eni, 38,2 mm dərinliyi və 85 qram çəkisi ilə Logitech G102 LIGHTSYNC olduqca xəfifdir. Logitech G102 LIGHTSYNC wireless funksiyasına malik deyil. O, USB kabel vasitəsilə kompüterinizə və ya gaming laptop‘unuza qoşulan simli (wired) gaming mouse’dır. 

Wireless funksiyasının olmamasını onun mənfi cəhəti kimi götürmək məntiqli olmaz, nəzərə alsaq ki, o, gaming mouse’dır. Əgər siz Logitech wireless gaming mouse istəyirsinizsə, o zaman Logitech G305 LIGHTSPEED əla seçim olar…

Logitech G305 LIGHTSPEED – Yüksək Wireless Performansı

Logitech G305 LIGHTSPEED yüksək performansı, yüngül dizaynı və qabaqcıl wireless texnologiyası ilə tanınan gaming mouse’dır.

Standart istifadə də tək AA batareyası ilə 250 saata qədər fasiləsiz oyun təcrübəsi imkanı verən Logitech G305 LIGHTSPEED gaming mouse’ı 5 səviyyəyə qədər tənzimlənə bilən DPI funksiyasına malikdir. Texniki detalları belədir:

  • Sensor: HERO Optik Sensor
  • Çözünürlük : 200 – 12,000 DPI
  • Maksimum sürətlənmə: > 40G
  • Maksimum sürət: > 400 IPS
  • URF: 1ms (1000 Hz)
  • Mikroprosessor: 32-bit ARM

Logitech G HUB proqram təminatına malik Logitech G305 LIGHTSPEED batareya ömrü və yüksək wireless performansı ilə portativliyə üstünlük verən oyunçular üçün nəzərdə tutulub. 99 qram ağırlığı onu uzun istifadədə 1 addım önə çıxarır. 

Ancaq super xəfif gaming mouse istəyirsinizsə, Logitech G Pro X Superlight’a nəzər salmaqda fayda var…

Logitech G Pro X Superlight – Super Xəfif

Logitech G Pro X Superlight peşəkar oyunçular və esport həvəskarları üçün nəzərdə tutulmuş super xəfif və wireless gaming mouse’dır. Son dərəcə yüngül olan bu model sadəcə 63 qram ağırlığa sahibdir. Xüsusiiyyətləri isə, belədir:

  • Sensor: HERO 25K Optik Sensor
  • Çözünürlük: 100 – 25,600 DPI
  • Maksimum sürətlənmə: > 40G
  • Maksimum sürət: > 400 IPS
  • URF: 1ms (1000 Hz)
  • Mikroprosessor: 32-bit ARM

70 saata qədər batareya ömrünə malik Logitech G Pro X Superlight, Windows və macOS əməliyyat sistemlərinə mükəmməl uyğunlaşır. 

RGB işıqlandırmaya gəldikdə isə, Logitech bu gaming mouse’da ondan vaz keçmişdir. Səbəb bəsitdir: Xəfifliyi saxlamaq və batareyanın ömrünü artırmaq.

Logitech G502 (HERO və LIGHTSPEED) – Wired və Wireless

Ən yaxşı Logitech gaming mouse araşdırmamızda 4-cü yeri Logitech G502  modeli tutur. Onun iki versiyası var: Simli (Wired) Logitech G502 HERO və simsiz (Wireless) Logitech G502 LIGHTSPEED. Hər iki versiya üçün texniki detallar bunlardır:

  • Sensor: HERO 25K Optik Sensor
  • Çözünürlük: 100 – 25,600 DPI
  • Maksimum sürətlənmə: > 40G
  • Maksimum sürət: > 400 IPS
  • URF: 1ms (1000 Hz)
  • Mikroprosessor: 32-bit ARM

Göründüyü kimi, bütün texniki paramterlər Logitech G Pro X Superlight modeli ilə eynidir.

Hər iki model 16,8 milyon rənglə LIGHTSYNC RGB işıqlandırmaya sahibdir. Wired model olan 

Logitech G502 HERO gaming mouse 2.1 metr kabel uzunluğuna malikdir. 60 saat batareya davamlılığına sahib Logitech G502 LIGHTSPEED isə, 1.8 metr şarj kabelinə malikdir. 

Wired model olan Logitech G502 HERO 121 qram, wireless funksiyaya malik Logitech G502 LIGHTSPEED isə 114 qramdır. Onların qiymətləri ortalamanın üzərindədir. Ən ucuz və büdcə dostu gaming mouse deyəndə, ağıla ilk gələn Logitech G203 olur…

Logitech G203 – Büdcə Dostu

5-ci sıradakı Logitech G203, büdcə dostu gaming mouse’dır. Davamlı klik hissi üçün modern düymə gərginləşdirmə sisteminə sahib Logitech G203, parametrləri birbaşa yaddaşda saxlamaq üçün Bort Yaddaşdan (Onboard Memory) istifadə edir.

Spesifikasiyaları aşağıdakı kimidir:

  • Sensor: Merkuri Optik Sensor
  • Çözünürlük: 200 – 8,000 DPI
  • Maksimum sürətlənmə: > 25G
  • Maksimum sürət: > 200 IPS
  • URF: 1ms (1000 Hz)
  • Mikroprosessor: 32-bit ARM

Siz, bu mouse’ı istənilən eco sistemdə istifadə edə bilərsiniz. İstər kompüter, istərsə də Laptop, məs. ASUS Notebook, Logitech G203 ilə tam uyğundur.

Logitech G300s – Çox Yönlü və Sərfəli

Nəhayət, 6 ən yaxşı Logitech gaming mouse kateqoriyamızada son sırada olan Logitech G300s baxaq… O, proqramlaşdırıla bilən düymələri ilə tanınan çox yönlü və sərfəli oyun siçanıdır. Logitech G300s üçün texniki detallar bunlardır:

  • Sensor: Optik Sensor
  • Çözünürlük: 200 – 2500 DPI
  • Maksimum sürətlənmə: 20G
  • Maksimum sürət: 60 IPS
  • URF: 1ms (1000 Hz)
  • Mikroprosessor: 32-bit ARM

9 proqramlaşdırıla bilən düyməyə sahib Logitech G300s, 7 rəngə qədər fərdiləşdirilə bilən RGB işıqlandırmaya da malikdir. O, Logitech Gaming Software (LGS) proqram təminatı istifadə edir. LGS də G Hub kimi Logitech’in proqram təminatıdır. 

Ancaq G Hub, LGS ilə müqayisədə daha müasir və sadələşdirilmiş istifadəçi təcrübəsi təmin etməyi hədəfləyən daha yeni proqram təminatıdır. Mükəmməl oyun təcrübəsi üçün Logitech G Hub istifadə etməkdə fayda var…

Logitech G Hub: Mükəmməl Oyun Təcrübəsi

Logitech G Hub Logitech Gaming Mouse istifadəçiləri üçün zəruridir. Bu proqram mouse parametrlərinizi fərdiləşdirməyə imkan verir. Logitech G Hub ilə siz DPI səviyyələrini tənzimləyə, əsas tapşırıqları konfiqurasiya edə və işıqlandırma effektlərinə nəzarət edə bilərsiniz. 

Bu proqram təminatı həm də İngilis, Alman, Fransız, İspan, İtalyan, Portuqal, Rus, Yapon, Çin (Sadələşdirilmiş) və s. daxil olmaqla bir çox dili dəstəkləyir. Logitech G Hub’ın üstünlüyü həm də onun dəstəklənən cihazlar üçün proqram təminatı yeniləmələrini avtomatik aşkarlaması və quraşdırmasıdır.

Beləliklə, ən yaxşı 6 Logitech gaming mouse modelinə və Logitech G Hub’a dair araşdırmamız yekunlaşdı. İndi isə yuxarıda araşdırdığımız Logitech mouse’ların qiymətlərinə baxaq…

Logitech Gaming Mouse Qiymətləri (G Series)

Azərbaycanda Logitech’in yuxarıdakı modellərinin qiymətlərnə gəlincə deyə bilərik ki, onlar müxtəlif qiymət aralağındadır. Ən ucuzdan ən bahaya doğru, sırası ilə onlara nəzər salaq…

    • Logitech G102 LIGHTSYNC: 45 – 50 AZN
    • Logitech G203: 45 – 50 AZN
    • Logitech G300s: 50 – 55 AZN
    • Logitech G502 HERO (Wired: 145 – 150 AZN
    • Logitech G502 LIGHTSPEED (Wireless): 200 – 210 AZN
    • Logitech G305 LIGHTSPEED: 95 – 100 AZN
    • Logitech G Pro X Superlight: 305 – 310 AZN

Nəticə olaraq deyə bilərik ki, siz büdcənizə uyğun modeli və ya hardcore gamer’sinizsə ən xəfifini seçməklə oyunlardakı zövqü iki qatına çıxara bilərsiniz.