Gaming laptop almaq istəyirsiniz, lakin seçim etməkdə çətinlik yaşayırsınız? Və ya ilk dəfə oyun noutbuku almağa qərar verdiniz. O zaman nəyə diqqət etməlisiniz?
Bu yazıda gaming laptop’lar haqqında bəhs edəcəyik; doğru seçim necə edilməlidir, gündəlik işlər üçün oyun notebook’u almağa dəyərmi və s. suallara cavab axtaracağıq.
Digər tərəfdən, giriş səviyyəli və premium gaming laptop’lar arasındakı fərqi izah etməyə çalışacağıq. Əgər sizi də bu kimi sullar düşündürürsə, gəlin vaxt itirmədən, başlayaq…
“Oyun üçün noutbuk seçərkən, özünüzə bir neçə sual verməyiniz vacibdir. Bu yolla, siz yeni gaming laptop’unuzda sevimli oyunları oynaya biləcəyinizdən əmin olacaqsınız.”
Gaming Laptop Nə Üçün İstifadə Edilir?
Oyun notebook’ları (Gaming laptop) əsasən yüksək işləmə gücü, qabaqcıl qrafika imkanları və sürətli yenilənmə sürətləri tələb edən video oyunların oynanması üçün istifadə olunur. Qısa şəkildə gaming laptop aşağıdakı punktlar üçün əlverişlidir:
- Oyun Oynama: Əgər siz, oyunları müasir və yüksək ekran yeniləmə sürətlərilə (frame rate) oynamaq və detallı vizuallardan həzz almaq istəyirsənizsə…
- Kontent Yaradılması: İşiniz video redaktə, 3D modelləşdirmə və qrafik dizayn kimi sahələrlə əlaqəlidirsə…
- Virtual Reallıq (VR): VR qulaqlıqlardan istifadə edərək, immersiv virtual reallıq təcrübəsi əldə etmək istəyirsinizsə…
- Canlı Yayım: Oyun (məs. Twitch) və digər məzmunların (məs. Youtube) canlı yayımlanması üçün istifadə məqsədiniz varsa…
Gündəlik İşlər Üçün Oyun Notebook’u Almağa Dəyərmi?
Bəli, siz gaming laptopları ixtisaslaşmasına baxmayaraq, internetdə gəzinti (internet surfing), ofis işləri və proqramlaşdırma kimi gündəlik işlərdə də səmərəli şəkildə istifadə edə bilərsiniz.
Gaming Laptop’u Necə Seçməli?
İstər ‘The Sims’ kimi təsadüfi oyun (casual game) oynasanız, istərsə də Fortnite-də hər gün rəqiblərinizi alt-üst etsəniz, həmişə sizin üçün uyğun olan oyun noutbuku var.
Oyun üçün noutbuk seçərkən, özünüzə bir neçə sual verməyiniz vacibdir. Bu yolla, siz yeni gaming laptop’unuzda sevimli oyunları oynaya biləcəyinizdən əmin olacaqsınız. Özünüzə aşağıdakı sualları verin:
- Hansı oyunları oynayacam?
- Bu oyunlar üçün hansı qrafik kartı lazımdır?
- Full HD və ya 4K: Hansı mənim üçün kifayətdir?
- Ekranın təzələnmə sürətinin mənim üçün önəmi nədir?
Sadə Oyunlar Üçün Notebook’unu Necə Seçmək Olar?
Qrafik cəhətdən sadə və ya köhnə oyunları oynayırsınız? Məsələn, The Sims və ya RollerCoaster Tycoon?
O zaman NVIDIA GeForce MX150 və ya MX250 kimi sadə qrafik kartı (GPU) olan bir noutbuk kifayət edəcəkdir.
Bu laptop’larda Fortnite və ya League of Legends kimi yüksək performansa ehtiyacı olan oyunları oynaya bilməzsiniz. Bu tip oyunlar üçün sizə, ən azından, giriş səviyyəli gaming laptop lazımdır. Daha güclü cihaz istəsəniz, o zaman premium modellərə ehtiyacınız ola bilər.
Giriş Səviyyəli Gaming Laptop’lar
Yüksək performans tələb etməyən oyunlar üçün istehsalçılar, oyun-sevərlərə geniş çeşid təklif edir. Bu istehsalçılar arasında MSİ, Lenovo, Acer və s. var.
Elə isə giriş səviyyəsi üçün xüsusi imkanlara sahib ən yaxşı gaming laptop’lara nəzər salaq:
MSI Gaming Laptop
- MSI’ın təklif etdiyi MSI THIN GF63 modeli gücünü Intel® Core™ i5-12450H prosessordan alır. 8GB DDR4 (RAM) operrativ yaddaşa malik bu gaming laptop, qrafik kart tərəfində isə GeForce RTX 2050 4GB GPU’ya sahibdir. Giriş səviyyəsi üçün əla imkanlar təklif edən GF63 modeli sadəcə 1.8 kq ağırlığı ilə oyun-sevərlərə rahat daşınma imkanı verir.
Acer Gaming Laptop
- Acer də Azərbaycanda istifadəçilərə fərqli seçim imkanları yaradır. ACER NITRO V15 modeli giriş səviyyəsi üçün əla seçimdir. Intel® Core™ i5-13420H prosessor ilə GeForce RTX 2050 4GB GPU’ya malik bu notebook bir çox oyunu 144Hz ▪ FHD (1920x1080p) çözünürlükdə oyunçulara təqdim edir.
Lenovo Gaming Laptop
- Hong-Kong mənşəli laptop istehsalçısı olan Lenovo münasib qiymətə ən yaxşı gaming laptop’lar təklif edir. Prosessor tərəfindən gücünü Intel® Core™ i5-12450H-dan alan LENOVO LOQ 16GB DDR5 operativ yaddaşa malikdir. GPU’ya gəldikdə isə, o, NVIDIA’nın Geforce RTX 3050 6GB qrafik kartı ilə təchiz olunub. Bu da onu yuxarıdakı modellərdən daha güclü edir.
Premium Oyun Notebook’ları
Yüksək performanslı gaming laptop’lar daha geniş imkanlar təqdim edir. Siz bu cihazlar ilə istər oyun oynaya, istər sə də qrafik dizayn üçün lazım olan və yüksək güc tələb edən proqramları işlədə bilərsiniz.
Azərbaycanda səmərəli kompüter qiymətləri ilə isitfadəçiləri sevindirən Nano’da siz premium gaming laptop’lara asanlıqla sahib ola bilərsiniz. Gəlin oyun-sevərlərin ən çox bəyəndiyi bu laptoplara nəzər salaq:
1. ASUS
ASUS həmişə yüksək keyfiyyətli texnoloji cihazları ilə seçilir. ASUS notebook almaq üçün sizin, haqlı olaraq, bir çox səbəbiniz var. Bunlardan başlıcası, əlbəttə ki, keyfiyyətdir.
Bu firma öz gaming laptop’larını ASUS ROG (Republic of Gamers) adlandırır. Brend adı insanlara güvən verən əsas faktorlardan biridir. Söhbət oyundan getdikdə isə, ASUS ROG həmişə top 3-də yada düşür.
ASUS ROG STRIX SCAR oyunçular arasında ən sevilənidir. Belə ki, bu cihaz Intel’in i9-12900H prosessoruna sahibdir. 512 GB SSD yaddaşa, Geforce RTX 3060 6GB qrafik karta və 16GB DDR5 RAM moduluna malik olması onu çempion etmək üçün yetərli səbədir.
2. HP VICTUS
ABŞ mərkəzli kompüter istehsalçılarından olan Hewlett Packard, oyun dünyasında son dövrlərdə etdiyi inqilabi dəyişiklərlə göz önünə çıxmağa başladı. Onun VICTUS seriyalı oyun noutbukları artıq bir çox məcrada özünü sübut edib.
HP VICTUS 16-R0046NIA modeli 16.1 düymlük ekranı ilə oyunçulara bir sıra yeni imkanlar gətirir. Ekran 144 HZ yenilənmə sürətinə (refresh rate) və FHD (1920x1080p) çözünürlüyə sahib IPS displeyə malikdir. 8GB-lıq Geforce RTX 4060 qrafik kartı isə oyunların donmadan oynanması üçün əla imkan yaradır.
Siz sözü gedən modelləri və dahasını Nano’da ucuz qiymətə əldə edə bilərsiniz.
Gaming Notebook’ların Üstünlükləri Nələrdir?
“Gaming notebook’u adi noutbukdan daha yaxşıdırmı?” sualının cavabı sizin xüsusi ehtiyaclarınıza və noutbuku necə istifadə etməyi planlaşdırdığınıza bağlıdır. Əsas olaraq, üstünlüklər belədir:
Performans: Oyun noutbukları yüksək səviyyəli prosessorlar (CPU) və qrafik kartları (GPU) ilə təchiz olunub.
Bu da onları oyun oynamaq, video redaktə və 3D modelləşdirmə kimi tələbkar tətbiqlər üçün yararlı edir.
Ekran: Onlar tez-tez yüksək yenilənmə sürətinə malik ekranlar (120Hz, 144Hz və ya daha yüksək) və yüksək çözünürlüklü displeylər təklif edir, bu da daha detallı vizual təcrübə təmin edir.
Soyutma Sistemləri: Oyun notebook’larında təkmilləşdirilmiş soyutma sistemləri vardır ki, bu da intensiv istifadə zamanı istiliyi daha yaxşı idarə etməyə kömək edir və davamlı performansı təmin edir.
Korpus Keyfiyyəti: Adətən bu noutbukları oyun oynama və tez-tez istifadənin şərtlərinə dayanmaq üçün möhkəm qurulmuşdur.
Təkmilləşdirilmə: Onlar RAM, yaddaş və digər komponentləri təkmilləşdirmək (yeniləmək) üçün daha çox seçim təklif edirlər.
Azərbaycanda Gaming Laptop Qiymətləri (2024) Necədir?
Təbii olaraq, istifadəçiləri ən çox maraqlandıran məsələ gaming laptop’ların qiymətləridir. 2024-cü ildə bu cihazların qiyməti müxtəlif olmasına baxmayaraq, biz sizə qiymətlər haqqında müəyyən istiqamət verəcəyik.
Populyar oyun notebook’u markalarına ASUS ROG, MSI, Acer Predator, Dell Alienware, Razer və HP Omen daxildir. Forma faktoru, istifadə olunan texnoloji komponentlər (Hardware) və s. qiymətlərdə önəmli rol oynayır.
Giriş Səviyyəsi Üçün Qiymətlər (Entry-Level Gaming Laptops)
Təsadüfi oyunçular (casual gamer) üçün uyğun olan dizüstü laptop’lar adətən NVIDIA GTX 1650 və ya 1660 Ti kimi orta səviyyəli GPU-lar və orta səviyyəli CPU-larla gəlir. Bu səviyyədə qiymət adətən 1500 AZN-dən başlayır.
Orta Səviyyə Üçün Qiymətlər (Mid-Range Gaming Laptops)
Bu noutbuklarda NVIDIA RTX 2060, 3060 və ya 3050 Ti kimi daha yaxşı GPU-lar və daha güclü CPU-lar var. Bu da, təbii olaraq, qiymətə təsir edir. Orta səviyyə üçün qiymət aralığı 2000 – 2500 manatdır.
Yüksək Səviyyə Və Ya Premium Seqment Qiymətləri
Siz əgər premium seqment oyun dizüstü notebook’u almaq istəyirsinizə, 2500 AZN və daha yuxarı büdcəyə sahib olmalısınız.
Ümümilikdə, istər giriş, istərsə sə də premium seqment bir cihaz əldə etmədən əvvəl bir çox faktorları nəzərə almağınızda fayda var. Ümid edirik ki, bu yazı sizin üçün faydalı olacaq.