Texnologiya dünyasının iki nəhəngi olan Apple və JBL, səs sistemində artıq innovasiya və keyfiyyət simvoluna çevrilib. Apple qulaqlıq vs. JBL qulaqlıq müqayisəsində hər iki markanın öz istifadəçilərinə nə təklif etdiyini biliəcəksiniz.
Bundan əlavə, Apple və JBL’in bluetooth qulaqlıqlarının səs keyfiyyətini izah edəcəyik. Və sonda, hər iki brendin qiymətlərinə və hansı markanın daha yaxşı olduğuna dair fikirlərimizi bölüşəcəyik. Vaxt itirmədən, başlayaq!
Apple Qulaqlıqlarının Ümumi Xüsusiyyətləri
Apple qulaqlıqları – istər AirPods (standart variant) və ya AirPods Pro, istər sə də AirPods Max olsun – həm dizaynı, həm də səs texnologiyası ilə istifadəçilərini valeh edən məhsullardır.
Yüksək keyfiyyətli materiallardan hazırlanmış bu qulaqlıqlar erqonomik quruluşu ilə rahatlıq təqdim edir. Apple qulaqlıqlarla aktiv səs-küyün ləğvi (ANC – active noise cancellation) xüsusiyyəti sayəsində xarici dünyadan tamamilə təcrid oluna bilərsiniz.
O, həmçinin güclü bas və aydın səs texnologiyası ilə əla səs təcrübəsi təqdim edir. Simsiz (wireless) əlaqə və uzun batareya ömrü ilə gündəlik istifadədə praktikliyi təklif edən Apple qulaqlıqları Apple ekosisteminə mükəmməl uyğunlaşır.
Siz onları iPhone 15 və ya iPhone 15 Pro’da, ya da digər bütün cihazlarda istifadə edə bilərsiniz.
Qulaqlıqların parlaq, minimalist dizaynı modern üslub axtaranlar üçün idealdır.
İndi isə, JBI qulaqlıqların ümümi xüsusiyyətlərinə baxaq…
JBL Qulaqlıqlarının Ümumi Xüsusiyyətləri
JBL qulaqlıqları da Apple kimi musiqi həvəskarlarına müstəsna səs keyfiyyəti təklif edir. Bu qulaqlıqlar dərin bas və aydın yüksək səsləri ilə tanınır.
Onların yüngül və erqonomik dizaynı hətta uzun müddət istifadə zamanı rahatlığı təmin edir. JBL simsiz qulaqlıqları sərbəst hərəkət etməyə imkan verir.
Dözümlü materiallardan hazırlanmış JBL qulaqlıqları idman və ya səyahət zamanı da əla performans göstərir.
Belə ki, səs-küyün ləğvi funksiyası (ANC) JBL bluetooth qulaqlıqlarında da xarici səsləri təcrid edir.
Apple Qulaqlıq vs. JBL Qulaqlıq – Dizayn və Estetika
Hər iki qulaqlıq markası möhtəşəm və bir o qədər də rahat, minimalist dizaynı ilə, estetik görünüşə sahibdirlər. Apple zərif xəttlərilə önə çıxdığı kimi, JBL də rəng və çeşidlilik imkanları ilə daha çox seçim imkanı verir.
Apple Qulaqlıqlarının Dizaynı: Zəriflik və Minimalizm
Apple qulaqlıqları sadə və zərif dizaynı ilə seçilir. Hər bir detalı diqqətlə düşünülmüş bu qulaqlıqlar estetikanı funksionallıqla birləşdirir.
Ağ və metal tonlar bu cihazlara müasir görünüş verir. Yumşaq xətlər və hamar səthlər həm zəriflik, həm də rahatlıq təqdim edir.
Yüngül və erqonomik dizayn uzun müddət istifadə üçün mükəmməldir. Bir sözlə, keyfiyyəti hər bir detalda hiss edirsiniz.
JBI Qulaqlıqları: Rəng və Çeşidlilik
JBL qulaqlıqları dizaynları və rəng müxtəlifliyi (çeşidliliyi) baxımından zəngin seçimlər təklif edir. Canlı rəng paleti hər zövqə uyğundur və bu onu Apple’dan bir addım önə çıxarır.
Qırmızı, mavi, qara və ağ kimi fərqli rənglər stil sahibi istifadəçiləri özünə cəlb edir. Xəfif və kompakt dizaynı daşımanı asanlaşdırır.
Apple və JBL Qulaqlıqlarda Səs Keyfiyyəti və Perfromans
İstər Apple, istər sə də JBL səs keyfiyyətinə görə həmişə rəqabətdədirlər. Performans baxımından hər iki qulaqlıq demək olar ki, eynidirlər. Apple saf və aydın səsilə, JBL isə güclü bas və tonları ilə fərqlənir.
Apple Qulaqlıqlarının Səs Keyfiyyəti: Saf və Aydın
Apple Qulaqlıqlarından istifadə edərkən, dərhal təmiz və aydın səs keyfiyyətini hiss edirsiniz. Yüksək səslər aydındır və bas dərindir.
Orta tezliklər (Mid frequencies) musiqi və işgüzar söhbətlər üçün mükəmməldir. Aktiv səs-küyün ləğvi kənar səsləri tamamilə aradan qaldırır.
Beləliklə, siz sadəcə musiqidən həzz alırsınız. Apple bluetooth qulaqlıqları sizə hər notu ətraflı və canlı şəkildə eşitmək imkanı verir.
Bu qulaqlıqlar səs keyfiyyətində sərhədləri aşır. İstər musiqiyə qulaq asın, istərsə də telefon zəngi edin, onlar həmişə ən yaxşı performansı verirlər.
Qısa şəkildə, Apple’ın Azərbaycanda ən sevilən modelləri olan AirPods Pro və AirPods Max’ın səs keyfiyyətinin və performansının texniki detallarına baxaq:
- Aktiv səs-küyün ləğvi (ANC): Arxa fon səs-küyünü minimuma endirmək üçün mikrofonlar və real vaxt alqoritmlərindən istifadə edir.
- Şəffaflıq rejimi (Transparency Mode): Xarici səsləri audio ilə qarışdırır.
- Adaptiv EQ: Ardıcıl səs üçün qulaq formasına əsasən audio tezlikləri tənzimləyir.
- H1 Çipi: Səs-küyün ləğvini və gecikməni azaldır.
- Havalandırma Sistemi: Rahatlıq üçün qulaq təzyiqini tənzimləyir.
JBL Qulaqlıqlarının Səs Keyfiyyəti: Güclü Bas və Zəngin Ton
JBL qulaqlıqlarından istifadə edərkən siz güclü bas və zəngin tonlar hiss edəcəksiniz. Bu, JBL simsiz qulaqlıqlarda da belədir. Musiqinin dərinliyini hiss etmək istəyirsinizsə, və büdcəniz uyğundursa, JBL Tune seriyası sizin üçün mükəmməl seçimdir.
Bu qulaqlıqda hər bir not dinamik və ifadəli şəkildə təqdim olunur. İstər metal, istər rap, istərsə də də rock musiqisi heyranı olun, JBL headphone’ları sizin istəklərinizə cavab verəcək. Qulaqlıqlar ətrafdakı səs-küyün qarşısını alır, sizə tam diqqəti musiqiyə yönəltməyə imkan verir.
Siz onları həmçinin, oyun oynayarkən də istifadə edə bilərsiniz. Kompüterinizin və ya laptopunuz marka fərqi olmadan, istər ASUS notebook, istərsə də başqa bir gaming kompüter olsun, JBL sizə istəniləni verəcək.
Bir sözlə, JBL qulaqlıqları səs keyfiyyətində mükəmməlliyi hədəfləyir. Onlar, həm musiqi, həm də audiokitablar üçün idealdır. Hər bir parça öz detalları ilə sizi heyran edir.
Ümümilikdə JBL qulaqlıqlarının səs performansı belədir:
- Qabaqcıl driver texnologiyası: Dinamik drayverlərdən və bəzən qrafen diafraqmaları kimi ixtisaslaşdırılmış sürücülərdən istifadə edir.
- Geniş tezlik: Dərin bas və kəskin yüksək tezlikləri aydınlıqla təkrarlayır.
- Ekspert tuning və EQ: Müxtəlif musiqi janrları üçün optimallaşdırılmış ekvalayzer funksiyasını təmin edir.
- Aktiv səs-küyün ləğvi (ANC): Daha sakit dinləmə təcrübəsi üçün xarici səsləri ləğv edir.
- Ambient səs modu: İstifadəçilərə qulaqlıqları çıxarmadan ətrafdakıları eşitməyə imkan verir.
- Bluetooth codec dəstəyi: Təkmilləşdirilmiş simsiz audio keyfiyyəti üçün AAC və aptX kimi kodeklərlə uyğun gəlir.
Apple vs. JBL Qulaqlıq – Qiymətlər
JBL və Apple qulaqlıqları qiymətlərinə görə fərqlənirlər. Bu, bir neçə faktordan asılıdır ki, bunun da başında təklif edilən texnologiya və materiallar gəlir. Hər iki qulaqlıq markasının 2024-cü il üçün olan qiymət diapazonuna baxaq…
Apple Qulaqlıq Qiyməti: Keyfiyyətə Dəyərmi?
Apple qulaqlıqlarının qiymətləri yüksək keyfiyyət və qabaqcıl texnologiyaya uyğun olaraq dəyişir. Bu qulaqlıqlar premium materiallardan hazırlanır.
Qiymət diapazonu genişdir; hər büdcəyə uyğun variant var. Apple-ın innovativ xüsusiyyətləri və dizaynı istifadəçiyə unikal təcrübə bəxş edir.
Apple headphone’ları keyfiyyət və rahatlığın birləşməsini axtaranlar üçün ideal seçimdir. Keyfiyyətə dəyərmi? Əlbəttə ki, hə.
Azərbaycanda ən sevilən – istər iPad, istərsə də iPhone qulaqlığı kimi istifadə edilsin, ilk olaraq yada düşən AirPod və AirPod Max’dır. Apple qulaqlıq qiymətlərinə gəlincə, bu belədir…
Apple AirPods Qiymətləri
- Apple AirPods (3rd generation): 3-cü nəsil AirPods (standart variant) qiyməti 400 AZN civarındadır.
- Apple AirPods Pro (2nd generation): Bir üst versiya olan Apple AirPod Pro’nun qiyməti isə, 600 AZN-dən yuxarıdır.
- Apple AirPods Max qiyməti: Premium seqmentə daxil olan AirPods Max 1500 manatlıq dəyərilə Apple’ın istehsal etdiyi ən yüksək qiymətə sahib olan qulaqlıq modelidir.
JBL Qulaqlıqlarının Qiymət Aralığı: Əlverişli Seçimlər
Amerika mənşəli brend olan JBL, hər büdcə üçün sərfəli seçimlər təklif edir. Əlverişli qiymət aralığı, JBL’ə xas olan əsas xüsusiyyətlərdən biridir.
Simsiz modellərdən idman qulaqlıqlarına qədər müxtəlif seçimlər mövcuddur. JBL qulaqlıqları münasib qiymətlərə əla performans axtaranlar üçün ideal seçimdir.
Ölkəmizdə istifadəçilər tərəfindən də boyük rəğbət qazanan Top 3 JBL qulaqlıq qiymətləri belədir:
- JBL Tune 510BT qiyməti: Bu modelin qiyməti 2024-cü il ücün 100 AZN ətrafındadır. Qeyd edək ki, bu model hələ də Azərbaycanda ən populyar model olaraq qalır.
- JBL Tune 520BT qiyməti: Demək olar ki, eyni qədər populyar olan bu model də 100 manata əlçatandır.
- JBL Tune 770NC qiyməti: Active noise cancellation funksiyasına malik olan bu model isə, bir qədər baha yəni, 300 AZN təşkil edir.
JBL vs. Apple – Hansı qulaqlıq sizin üçün daha yaxşıdır?
JBL və Apple qulaqlıqları arasında seçim tamamilə ehtiyaclarınızdan asılıdır. Apple zəriflik və üstün səs keyfiyyəti təklif edir. JBL güclü bas və geniş rəng diapazonu ilə seçilir.
Apple qulaqlıqları minimalizm və erqonomika axtaranlar üçün idealdır. JBL isə sərfəli seçimlər və davamlılıq təklif edir.
Seçim sizindir!